SON XƏBƏRLƏR

İranın polis komandanlığının müavini 2 min polisin yaralandığını iddia edib

2022.10.11, 11:00
İranın polis komandanlığının müavini 2 min polisin yaralandığını iddia edib

Gunaz.tv

O, başqa İran rəsmiləri kimi nümayişçiləri xarici qüvvələrin xeyrinə işləməkdə ittiham edib və ölkəyə vurduqları ziyana görə ağır şəkildə cəzalandırılacaqlarını deyib.

Qasimi etirazçıları təhqir edərək onların İran xalqı qarşısında heç bir əhəmiyyət daşımadıqlarını söyləyib.

Bir sıra siyasi təşkilatların, əks inqilabçı qüvvələrin təxribat törətdikləri barədə danışan polis müavini bir neçə silahlı şəxsin saxlanıldığını bildirib.

O, öldürülən etirazçıların sayına toxunmadan, hökumət qüvvələrinin atəş açdıqları ilə bağlı çox saylı videolara əhəmiyyət vermədən həlak olanların nümayişçilərin və müxalif qrupları tərəfindən öldürüldüyünü iddia edib.

Qeyd edək ki, 1979-cu il inqilabında da, Pəhləvi hakimiyyəti və onun polis, ordu və təhlükəsizlik rəsmiləri öldürülən minlərlə narazının xarici və təxribatçı qüvvələr tərəfindən qətlə yetirildiklərini iddia edirdilər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar