SON XƏBƏRLƏR

İsfahanda İranın qırıcı təyyarəsi qəzaya uğrayıb

2022.06.18, 08:47
İsfahanda İranın qırıcı təyyarəsi qəzaya uğrayıb

Gunaz.tv

Onun sözlərinə görə, hadisə yerli vaxtla səhər saat 10:30-da baş verib. Qəzaya uğrayan F14 tipli qırıcı təyyarədir.

Rəsul Mötəmidi missiya zamanı döyüş təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığını, pilot və ikinci pilotun paraşütlə yerə endiyini deyib.

Mötəmidi paratüştlə yerə enən pilotların yaralandığını və müalicə üçün xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Qeyd edək ki, bundan öncə mayın 24-də İsfahanın Ənarək bölgəsində İranın İran Hava Qüvvələrinə məxsus daha bir F7 tipli qırıcı qəzaya uğrayıb və onun pilotları  mayor Qasım Zamani və leytenant Məhəmmədcavad Bayin ölüb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar