SON XƏBƏRLƏR

İranın Kərəc və Xürrəmabad şəhərlərində daha 9 nəfər dara çəkilib

2022.01.13, 11:30
İranın Kərəc və Xürrəmabad şəhərlərində daha 9 nəfər dara çəkilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, müxtəlif səbəblərə görə törətdikləri qətl ittihamlarına görə 7 məhkum yanvarın 12-si səhər saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindamnında dara çəkiliblər.

Edam edilənlərdən 4-ünün adları (Şahin Allahmuradi, Məhəmməd Bavi, Əmin Səfəri və Peyman Musəvi) mediaya açıqlanıb.

Həmçinin həmin gün, üç il əvvəl İranın Xürrəmabad şəhərində naməlum səbəbə görə yanacaq doldurma məntəqəsinə od vurmaqda və bununla da iki polis əməkdaşının ölümünə səbəb olmaqda təqsirləndirilən daha 2 nəfər, məhkumlar Həsən Mirkərəmi və Ərdəvan Fəlaxvənd Xürrəmabad şəhərinin həbsxnasında dara ağacından asılıb.

Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

İranda hərbçini qətlə yetirən şəxs edam edildi - Şafaqna Azərbaycanca

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar