SON XƏBƏRLƏR

İranın Turizm Bankının ayırdığı büdcədə Güney Azərbaycan əyalətlərinin payı yoxdur

2022.07.12, 11:10
İranın Turizm Bankının ayırdığı büdcədə Güney Azərbaycan əyalətlərinin payı yoxdur

Gunaz.tv

Ötən günəş ili Turizm Bankı 61 iri obyektə ödəniş edib. Ancaq bu bankdan Güney Azərbaycan əyalətlərinə cəmi bir ödəniş əməliyyatı baş tutub.

2021-ci ildə bu bank makro obyektlərə təxminən 40 trilyon tümən ödəyib və Azərbaycanda yerləşən yeganə şirkətin payı cəmi 100 milyard tümən olub ki, bu da ümumi makro-kreditlərin dörd yüzdə birinə (0,25%) bərabərdir. 

Bunun mənası ondan ibarətdir ki, banklar Azərbaycan xalqının mövcud likvidliyini mənimsəyərək kredit vəsaitləri şəklində başqa regionlara köçürür.

Bu yolla Azərbaycanda likvidlik ilə iqtisadi aktivlik arasında əlaqə zəifləyir və nəticədə bölgənin iqtisadi inkişafının qarşısı alınır.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar