İranın Türkiyəyə ixracatının həcmi 10 dəfə azalıb

2020-07-01 14:27

Türkiyə Dövlət Gömrük Komitəsi İranla ticari əlaqələrlə bağlı yeni hesabat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumatda görünür ki, bu ölkə 2020-ci ilin ilk 5 ayı ərzində İrandan ümumilikdə 356 milyon dollar dəyərində məhsul idxal edib. Hansı ki, bu rəqəm ötən ilin oxşar dövründə 3.5 milyard dollar təşkil edirdi. Bu isə İranın Türkiyəyə etdiyi ixracatın həcmində 1 il ərzində 10 dəfə azalmanın olduğunu göstərir. 


Türkiyənin İrana ixracatı isə ötən ilə nisbətən 50% azalaraq, 590 milyon dollar təşkil edib. 


Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Mərkəzinin yaydığı hesabatda isə bu ölkənin İran qazının əvəzinə, digər ölkələrdən, xüsusilə də Amerika Birləşmiş Ştatlarından qaz aldığı deyilir. 


Belə ki, aprel ayı ərzində Türkiyə İrandan ümumiyyətlə qaz almayıb. Bunun əvəzində ABŞ və Qətərdən ötən ilə nisbətən müvafiq olaraq 3.5 və 2 dəfə çox çox qaz idxal edib. Türkiyə həmin ay ərzində Azərbaycan Respublikasından qaz alışını da 25% artırıb. Türkiyənin Rusiyadan qaz idxalı isə aprel ayında 70%-ə qədər azalıb. 


Rəsmi Ankara 2019-cu ilin 2-ci yarısından etibarən İrandan neft alışını tamamən dayandırıb. 


Cari ilin mart ayının sonunda İrandan Türkiyəyə nəql edilən qaz kəmərinin "PKK" terror təşkilatı tərəfindən partladılması və hələ də təmir etməməsi səbəbindən artıq 3 aydır ki, iki ölkə arasında qaz nəqli də tamamilə dayanıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08

gun az article

Amerika İran, Rusiya və Çinin prezident seçkilərinə müdaxilə ehtimalı ilə bağlı xəbərdarlıq yayıb

2020-08-08

gun az article

İranın Kiş adasının imam-cüməsi koronavirusdan ölüb

2020-08-08

gun az article

İranda daha 2125 nəfər koronavirusa yoluxub, 132 xəstə vəfat edib

2020-08-08

gun az article

Tramp: "Seçkilərdən qalib gəlsəm, tez bir zamanda İranla razılaşma əldə ediləcək"

2020-08-08

gun az article

Tehranda ərəb ata və qız güllələnərək qətlə yetirilib

2020-08-08

gun az article

GünazTV Aug.07.2020: Makronun Beyrutu ziyarət sırasında Hizbullah əleyhinə şüarlar səsləndirildi

2020-08-07

gun az article

GünazTV Aug.07.2020: “Coronavirus üçün peyvənd 3 Noyabırdan əvvəl bazarda ola bilər!”

2020-08-07

gun az article

İran B.Hukun isefasına reaksiya verdi: “ABŞ-ın maksimum təzyiq kampaniyası məğlubiyyətə uğrayıb”

2020-08-07

gun az article

İranın Sərgəz şəhərində 4.8 bal gücündə zəlzələ olub

2020-08-07

gun az article

İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-08-07

gun az article

Abbas Musavi: "İran Livanla Beyrut limanının yenidən qurulması üçün əməkdaşlığa hazırdır"

2020-08-07

gun az article

ABŞ Dövlət Departamentinin İran üzrə məsulu Brayan Huk istefa verib

2020-08-07

gun az article

Kelli Kraft: "İran rejimi dünyada 1 nömrəli terror himayəçisidir"

2020-08-07

gun az article

İranın Kərəc şəhərində daha 9 bəhai həbsə məhkum edilib

2020-08-07

gun az article

İranın Rəşt şəhərində daha 1 məhkum edam edilib

2020-08-07

gun az article

Amerikanın İrana ixracatı yarıdan da aşağı enib

2020-08-07

gun az article

İran səfiri Ermənistanın Yüksək Texnologiyalar naziri ilə görüşüb

2020-08-07

gun az article

İranda bu dəfə böyük ferma yanıb- VİDEO

2020-08-06

gun az article

GünazTV Aug.06.2020: Əli Mütəhərinin İran rejiminin Çinin müsəlmanların soyqırımı siyasətini dəstəkləməsinə qarşı yenidən etirazına reaksiyalar

2020-08-06