SON XƏBƏRLƏR

İranın Urmiya və Zahidan şəhərində daha 5 məhkum edam edilib

2021.12.31, 12:06
İranın Urmiya və Zahidan şəhərində daha 5 məhkum edam edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, qətl ittihamına görə, barələrində ölüm cəzası çıxarılmış məhkumlar Hüseyn Abbaszadə, Həmdullah Aləmi, Feyzullah Qurbani və Müqəddəm Əlizadə bu gün (31 dekabr) səhər saatlarında Urmiya şəhərinin zindanında dara çəkiliblər. 

Bildirilir ki, hər dörd məhkum edam hökmünün icrasına hazırlıq üçün iki gün əvvəl təkadamlıq kamerara köçürülmüşdülər.

Yayılan məlumata görə, qətl ittihamına görə dekabrın 30-da Məhəmməd Əli Əlizadə (Qəlcayi) adlı 72 yaşlı bir məhkum da Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin həbsxnasında dar ağacından asılıb.

Bildirilir ki, həmin yaşlı məhkum beş il əvvəl Zahidanın Qavdaran şəhərciyində baş vermiş kütləvi bir davada istəmədən qətl törətdiyinə görə edam edilib. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

gun az article

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar