SON XƏBƏRLƏR

İranın səhiyyə naziri: “Noyabr ayından koronavirusun 6-cı dalğasının başlanması qətidir”

2021.10.20, 11:22
İranın səhiyyə naziri: “Noyabr ayından koronavirusun 6-cı dalğasının başlanması qətidir”

Gunaz.tv

Nazir iddia edib ki, bu günə qədər 120 milyon doza vaksin ölkəyə idxal edilib və bu rəqəm yaxın gələcəkdə 180 milyon dozaya çatdırılacaq.


“Biz artıq nigaranıq və noyabr ayından başlayaraq, koronavirisun 6-cı dalğasının qəti şəkildə başlanacağını bilirik. 


Bu gün beynəlxalq təşkilatlar İranda vaksinasiya işinin bu qədər inkişaf etməsindən təəccübləniblər. Lakin fikrimiz rahat olsun deyə, hesab edirik ki, ölkə əhalisinin ən azı 80 faizinə hökmən vaksin vurulmalıdır”, -deyə İranın səhiyyə naziri Bəhram Eynullahi bildirib.


İranın səhiyyə naziri ölkə əhalisinin vaksinasiya işində xeyli irəliləyiş və inkişaf olduğunu iddia etsə də, rəsmi statistikaya görə, İranda bu günə qədər əhalinin yalnız 30 faizi hər iki doza vaksini vurdura biliblər və bu baxımdan İran öz qonşularından da xeyli geridə qalıb.


Misal üçün İranın qonşusu olan ölkələr arasında Türkiyədə əhalinin 57, Birləşmiş Ərəb Əmirliklərində əhalinin 86, Qətər əhalisinin 77, Səudiyyə Ərəbistanı əhalisinin 60, Bəhreyn əhalisinin 67, Oman əhalisinin 45 və Azərbaycan Respublikası əhalisinin 42 faizi tam şəkildə vaksin vurdurublar və həmin ölkələrdə əhaliyə vaksinin artıq 3-cü dozasının vurdurulmasına başlanılıb.


Sözü gedən ölkələr isə bu baxımdan İran İslam Respublikasından xeyli dərəcədə irəlilədədirlər.

تاکنون پنج موج سنگین شیوع کرونا در ایران ثبت شده و بنابر آمارهای رسمی وزارت بهداشت، حدود ۱۲۵ هزار نفر در کشور قربانی کرونا شده‌اند. 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar