SON XƏBƏRLƏR

İranın sünni din xadimi hərbçilərə çağırış etdi: "Kazarmalara geri dönün"

2022.12.24, 09:29
İranın sünni din xadimi hərbçilərə çağırış etdi: "Kazarmalara geri dönün"

Gunaz.tv

O, dekabrın 23-də cümə namazındakı çıxışı zamanı İranda xalq etirazlarının yatırılmasını kəskin pisləyib və hökumətə müraciət edərək hərbçilərin küçələrdən kazarmalara qayıtmasını tələb edib.

Moləvi Əbdülhəmid, "müharibə" ittihamlarının irəli sürülməsini, edamları, eləcə də təcridxanalarda məhbusların işgəncə və zorlanmasını sərt şəkildə tənqid edib.

Qeyd edək ki, dekabrın 23-ü cümə namazından sonra Zahdan şəhərində minlərlə etnik bəluç küçələrə axışaraq etiraz aksiyaları keçirib.

Xameneyi və hökumət əleyhinə şüarlar səsləndirilən aksiyada bir neçə nəfərin həbs edildiyi bildirilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar