SON XƏBƏRLƏR

İranın sərnişin təyyarələrinin yarısından çoxu sıradan çıxıb

2022.07.26, 18:24
İranın sərnişin təyyarələrinin yarısından çoxu sıradan çıxıb

Gunaz.tv

Zaqros Hava Yollarının rəhbəri Əbdülrza Musəvi hava donanmasının yarıdan çoxunun sıradan çıxmasının səbəbini  İranın aviasiya sənayesində mövcud olan problemlərlə bağlı olduğunu söyləyib.

Ötən il Aviaşirkətlər Assosiasiyasının direktorlar şurasının sədr müavini Əlirza Bərxor sıradan çıxmış təyyarələrin təmiri və istismarı üçün aviaşirkətlərə kömək istəyib.

Alirza Bərxor 2021-ci ilin payızında verdiyi açıqlamada bildirmişdi ki, mövcud təyyarələrin 170-dən çoxu "lazımi maliyyə resurslarının yoxluğu və sanksiyalardan dolayı lazımi hissələri təmin etməyin mümkün olmamaması səbəbindən istifadəsiz qalıb.

"İranın hava yolları iflas ərəfəsindədir və süni tənəffüslə ayaqda saxlanılıb"-deyə, o bildirmişdi.

Ekspertlərin fikrincə, İranın hava donanmasının yenidən qurulması üçün ən azı 400 yeni təyyarə lazımdır, ancaq ölkənin iqtisadi vəziyyəti, hökumətin yanlış siyasəti və nüvə proqramlarının yaratdığı iqtisadi sanksiyalar bu donanmanın yenidən qurulması və modernləşdirilməsinə mane olub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar