SON XƏBƏRLƏR

İranın İsfahan və Neyşabur şəhərlərində daha 2 məhkum dara çəkilib

2021.12.11, 13:20
İranın İsfahan və Neyşabur şəhərlərində daha 2 məhkum dara çəkilib

Gunaz.tv

Məhkumlar beş gün əvvəl edam olsalar da, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlanrırılaraq ölümə məhkum edilmiş 34 yaşlı məhkum Əhməd Təvəkküli dekabrın 5-i səhər saatlarında İsfahanın Dəstgerd zindanında dara çəkilib.

Həmin gün, beş il əvvəl küçədə məişət zəminində baş verən kütləvi bir davada istəmədən qətl törədən 24 yaşlı məhkum Əli Əkbər Məhəmmədi isə Neyşabur şəhərinin həbsxanasında dar ağacından asılıb.

Bir neçə il həbsdə saxlandıqdan sonra edam edilən hər iki məhkumun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar