SON XƏBƏRLƏR

İranın İsfahan əyalətində yük maşını avtobusla toqquşub: 18 nəfər yaralanıb - FOTO

2022.01.15, 10:01
İranın İsfahan əyalətində yük maşını avtobusla toqquşub: 18 nəfər yaralanıb - FOTO

Gunaz.tv

İsfahan əyalətinin Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarəsinin sözçüsü Abbas Abidi mediaya açıqlamasında deyib ki, hadisə bu gün yerli vaxtla səhər saat 06:00-da Mələkşəhr məntəqəsinin Kavə küçəsində baş verib.

“Yüksək sürətlə hərəkət edən bir yük maşını eyni istiqamətdə hərəkətdə olan avtobusun arxa tərəfinə çırpılıb. 

Qəza nəticəsində Murçe Xort zavodlarından birinin işçilərini daşıyan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində ölən olmasa da, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar İsfahan şəhərinin “Əl-Zəhra”, “Kaşani”, Əmin” və “Qərəzi” xəstəxanalarına yerləşdirilib. Xəsarət alanların vəziyyəti qənaətbəxşdir.

Azırda yol qəzasının səbəbləri araşdırılır”, -deyə İsfahan əyalətinin İsfahan əyalətinin Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarəsinin sözçüsü Abbas Abidi bildirib. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

مصدومیت ۱۸ نفر در واژگونی اتوبوس در اصفهان

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar