SON XƏBƏRLƏR

İranın simvoluna çevrilən aftafalar: "Azərbaycan gəncləri İranın 3 minlik ordusuna 3 aftafa ilə cavab verdi"

2021.10.20, 07:36
İranın simvoluna çevrilən aftafalar: "Azərbaycan gəncləri İranın 3 minlik ordusuna 3 aftafa ilə cavab verdi"

Gunaz.tv

İran ordusunun Arazqırağı bölgədə hərbi təlimlərə başlaması, Tehranın bu vasitə ilə Azərbaycan Respublikasına əzələ nümayişi Güney Azərbaycanda etirazlara səbəb olub. 

Güneydə yaşayan soydaşlarımız müxtəlif şəhərlərdə divarlara Azərbaycana dəstəyi ifadə edən milli məzmunlu şüarlar yazıblar. Bir neçə gün bundan öncə bir qrup gənc milli fəal Bakıda orijianl aksiya keçirib. Beləki onlar İranın Bakıdakı səfirliyinin önünən İran bayrağının rəngində 3 ədəd aftafa düzüblər. Bu aksiya böyük əks-səda doğurub.

gun az article

Güney Azərbaycan Televiziyasının (günaz.tv) rəhbəri Əhməd Obalı gənclərin bu aksiyasının İran ordusuna cavab olduğunu bildirib.

“İranın bayrağı və simvoluna çevrilən aftafalar. Şimali Azərbaycanın bir neçə gənci İranın Azərbaycan sərhədlərinə  qoşun çəkməsinə etiraz olaraq İran səfirliyinin qarşısında ağ, yaşıl və qırmızı rəngdə 3 aftafa qoyub.

45KTQzF.png

Azərbaycan gəncləri 3 aftafa ilə İranın 3 minlik ordusunun cavabını verib”-deyə, Əhməd Obalı özünün “twitter” səhifəsində yazıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar