SON XƏBƏRLƏR

İranın təhlükəsizlik məmurları ərəb gənci güllələyib-VİDEO

2022.02.18, 04:46
İranın təhlükəsizlik məmurları ərəb gənci güllələyib-VİDEO

Gunaz.tv

Bu barədə Əl-Əhvaz (Xuzistan) ərəblərinin sosial media fəalları məlumat yayıb. 

Məlumata görə, hadisə fevralın 17-də Əhvaz şəhərinin Məndili məhəlləsində baş verib. Qətlə yetirilən şəxsin İsmayıl Kəbi Zahi oğlu olduğu bildirilir.

Fəallar İsmayıl Kəbinin evinin məmurlar tərəfindən mühasirəyə alındığını və heç bir xəbərdarlıq etmədən atəş açıldığını yazıblar.

Qeyd edək ki, son günlər oxşar hadisələr nəticəsində bir neçə ərəb gənci SEPAH və təhlükəsizlik məmurlarının birbaşa atəşi nəticəsində həyatını itirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar