İranın təhlükəsizlik qüvvələri kürd terrorçuları tərəfindən öldürülən azərbaycanlı əsgərlərin anım mərasiminin keçirilməsinə icazə verməyib + VİDEO

2020-06-01 15:00

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ötən həftə kürd terrorçuları tərəfindən öldürülən üç azərbaycanlı əsgər üçün Təbriz və Urmiya şəhərlərində anım mərasiminin keçirilməsinin qarşısını alıb.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri mayın 31-də Təbrizin “El gölü (Şah gölü)” və Urmiyanın “Güllər Bağı” parklarında şəhid edilmiş sərhədçilər üçün yas mərasiminin keçiriləcəyini bildirmişdilər.

 

 

Mayın 29-da Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin 20 kilometrliyində yerləşən sərhəd məntəqəsində kürd terrorçuları ilə sərhədçilər arasında baş verən silahlı qarşıdurma nəticəsində milliyyətcə Azərbaycan türkü olan 3 sərhədçi, Marağa şəhər sakini Taqı Bəhrevər, Qoşaçay şəhər sakini Hadi Əbdi və Təbriz şəhər sakini Əlirza İslamdust aldıqları güllə yarasından ölüb.

 

 

Yayılan məlumata əsasən, təhlükəsizlik qüvvələri vətəndaşların şam yandıraraq şəhid əsgərləri anmağına icazə verməyib.

 

 

Təhlükəsizlik güvələrinin təzyiqlərinə baxmayaraq bəzi vətəndaşlar Urmiya, Təbriz və Qoşaçay (Miyandab) şəhərlərində kiçik mərasimlər keçiriblər.

 

 

 

 

Qeyd edək ki, Qərbi Azərbaycan əhalisi kürd terror qruplaşmalarının törətdikləri cinayətlərin davamlı olaraq hökumət rəsmiləri tərəfindən gizlədilməsinə uzun illərdir ki, etiraz bildirir. Təəssüflər olsun ki, bu istiqamətdə hər hansı bir irəliləyiş əldə edilməyib, terror aktları ilə bağlı xəbərlərin boykot və ya təhrif edilməsi olduğu kimi davam etməkdədir.

 

 

Güney Azərbaycanın qərb bölgəsində kürdləşdirmə prosesi gedir. Rejimin dəstək verdiyi planın gerçəkləşdirməsi üçün müxtəlif gizli və açıq işlər görülür. Bölgədə “Pejak”, “Komelə” və “Kürdistan Demokrat Partiyası”nın vaxtaşırı terror aktları törətməsi Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinə xidmət edir. Bu istiqamətdə rejim əlavə addımlar da atır. Bölgədə radikal kürdlərin rəsmi orqanlarda həssas postlara təyin edilməsi, sərhədyanı bölgələrdə yaşayan kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və s. Qərbi Azərbaycanda kürd faktorunu gücləndirmək və azərbaycanlıların mövqeyini zəiflətməyə yönəlib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11