SON XƏBƏRLƏR

İranın təhsil naziri şagirdləri düşmənə qulluq etməkdə ittiham edib

2022.10.08, 08:55
İranın təhsil naziri şagirdləri düşmənə qulluq etməkdə ittiham edib

Gunaz.tv

Nazir sosial mediada, internetdə vaxt keçirməyin İran düşmənlərinin qurduğu tələ olduğunu vurğulayıb.

"İnternetdə vaxt keçirən öyrənci və şagirdlər çox şey itirirlər. Bu gün düşmən təhsilin davamiyyətsiz olmasına çalışır"-deyən nazir internet və sosial medianın zərərli olduğunu iddia edib.

Qəzvində çıxış edən Yusif Nuri deyib ki, ölkədə bir çox ailələrin imkansızlıq səbəbindən övladlarını təhsildən uzaqlaşdırdıqları haqqında deyilənlər əsassızdır.

Təhsil naziri deyib ki, məhrumiyyət və imkansızlıq təhsilin davam etdirilməməsi üçün bəhanə kimi qəbul edilə bilməz..

Nazir orta məktəblərdə oxuyan yeniyetmələrin "islam inqilabının yeni fidanları" adlandırıb.

Onların "islam mədəniyyətinin gələcəyi" olduğunu vurğulayan Yusif Nuri bildirib ki, məişət problemləri səbəbindən təhsili tərk etmək düzgün deyil.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar