SON XƏBƏRLƏR

İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

2021.12.05, 11:52
İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

Gunaz.tv

Yerli əhalinin sosial şəbəkələrdə yaydığı xəbərə görə, Badrud şəhərinin Abbasabad kəndi yaxınlığında baş verən dəhşətli partlayışın ardınca səma nura qərb olub, partlayışdan əmələ gələn qalın tüstü məntəqəni bürüyüb.

Yayılan məlumata görə, partlayışdan sonra Nətənz şəhərinin fərmandarı hadisənin mənşəyi və detalları barədə hər hansı bir məlumata malik olmadığını bildirsə də, az sonra İran ordusunun sözçüsü Şahin Taqıxani dövlət televiziyasına açıqlamasında iddia edib ki, güclü partlayışın səsi hava hücumundan müdafiə sisteminə məxsus bir raketin sınaqdan keçirilməsi ilə əlaqədar olub.

“Bölgədə yerləşdirilmiş hava hücumundan müdafiə sisteminin hazırlıq səviyyəsini yoxlamaq məqsədilə tam təhlükəsiz bir şəraitdə bir raket sınaqdan keçirilib. Elə buna görə də vətəndaşlara bildirirəm ki, hər hansı bir nigaranlığa əsas yoxdur”, -deyə İran ordusunun sözçüsü Şahin Taqıxani bildirib.

Bəzi mənbələr isə Nətənz nüvə təsisatının yaxınlığında uçan naməlum bir uçuş aparatının hədfə alınaraq məhv edilməsi barədə məlumatlar yaysalar da, rəsmilər bu barədə hər hansı bir açıqlama verməyiblər.

İran ordusunun sözçüsü Şahin Taqıxani partlaşın bir raketin sınaqdan keçirilməsi ilə əlaqədar olduğunu iddia etsə də, yayılan bəzi xəbərlərə əsasən, dəhşətli partlayış səsi Nətənz nüvə təsisatı üzərində uçan İsrailə məxsus bir “F-35” qırıcısı tərəfindən törədildiyi və bununla da Tel-Əvivin rəsmi Tehrana bir xəbərdarlıq mesajı göndərdiyi təxmin edilir.

Qeyd edək ki, Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış səsinin eşidilməsi Qərblə Tehran arasında Vyavnada aparılan nüvə danışıqlarının 7-ci mərhələsinin İranın sərgilədiyi dekonstruktiv mövqeyinə görə məğlubiyyətə uğraması ilə bağlı xəbərin yayılmasından bir gün sonraya təsadüf edib.

نظنز

F9368274-5523-4362-98BD-5D30CD4F0823.jpeg

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar