SON XƏBƏRLƏR

Qumda icbari vaksinasiyaya qarşı etiraz aksiyası keçirilib

2021.11.12, 12:02
Qumda icbari vaksinasiyaya qarşı etiraz aksiyası keçirilib

Gunaz.tv

Aksiyaya Qumun dini mədrəslərində mollalıq dərsi alan tələbələr, o cümlədən də qadınlar qatılıb.


Aksiyaçılar Qumun üzdəniraq “Elmiyyə Hövzəsi Müəllimlər Birliyi”nin ofisi qarşısında toplaşaraq ölkədə tətbiq olunan icbari vaksinasiyaya etirazlarını bildiriblər.


Etirazçılar həmçinin üzərində “Medianın koronafobiyasına yox”, “İcbari vaksinasiyaya yox”, “Daxili və xarici vaksinlərə yox, bizim özümüün İmam Kazım vaksinimiz var” və digər şüarlar yazılmış plakatlar qaldıraraq, İran Səhiyyə Nazirliyinin ölkədə tətbiq etdiyi icbari vaksinasiyanın aradan qaldırılmasını, bitki dərmanlara önəm verən ənənəvi tibbə üstünlük verilməsini tələb ediblər. 


Xatırladaq ki, Qum şəhəri İranda koronavirusun ən geniş yayıldığı şəhərlərdən biridir. Buna baxmayaraq, yerli axundlar və dini qurumlar pandemiyadan ölənlərin sayının yüksək olmasına baxmayaraq,  xəstəliyin aradan qaldırılması üçün müasir dava-dərmanlardan istifadə olunmasına və vətəndaşların etibarlı xarici vaksinlərdən istifadə etməsinin əleyhinə çıxır, ənənəvi tibbə rəvac verilməsini tələb edirlər.


Qeyd edək ki, ötən həftə Tehran Tibb Universitetinin rektorunun müavini Əlirza Olyayi Məneş mediaya açıqlamasında ölkə əhalisinin 25 faizindən çoxunun hələ də vaksin vurdurmamasından və vaksin vurdurulması qarşısında müqavimət göstərdiklərindən xəbər vermişdi.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar