SON XƏBƏRLƏR

İranın Xuzistan əyalətində silahlı qarşıdurma olub

2022.04.08, 11:47
İranın Xuzistan əyalətində silahlı qarşıdurma olub

Gunaz.tv

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı media qurumları məlumat yayıb.

Məlumatda xaricdən İrana silah-sursat gətirən şəxslərlə SEPAH-ın sərhəd xidməti bölməsinin əməkdaşlarının silahlı toqquşması zamanı iki qaçaqmalçının yaralı vəziyyətsə saxlanıldığı, onlardan 30 ədəd odlu silah götürüdüyü iddia olunur.

Xəbərdə həbs olunan şəxslərin kimliyi barədə açıqlama vermədən onların barəsində geniş araşdırma başlanıldığı qeyd olunub.

Qeyd edək ki, xüsusilə son həftələr ərəblərin yaşadığı Xuzistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs olunub.

İran təhlükəsizlik qurumları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdükləri iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər.

İnsan haqları təşkilatları və ərəb fəallar bu ittihamları əsassız hesab edir, bunu ötən ilin iyun ayında ərəblərin su çatışmazlığı ilə bağlı geniş aksiyalarında fəallıq göstərən şəxslərin mərhələli şəkildə həbs edilmələrinə haq qazandırmaq cəhdi olduğunu qeyd edirlər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar