SON XƏBƏRLƏR

MAQATE: “İran nüvə silahı istehsal etmək üçün lazım olan səviyyəyə yaxınlaşıb”

2021.11.18, 09:41
MAQATE: “İran nüvə silahı istehsal etmək üçün lazım olan səviyyəyə yaxınlaşıb”

Gunaz.tv

Hesabatda deyilir ki, İran 2015-ci ildə imzalanmış nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəlikləri bir-birinin ardınca pozaraq, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının həcmini artırıb.

“İranın ümumi zənginləşdirilmiş uran ehtiyatlarının həcmi təxminən 2490 kiloqrama çatıb. Bununla da demək olar ki, İran razılaşma ilə bağlı üzərinə götürdüyü öhdəlikləri mütəmadi şəkildə pozaraq, atom silahı istehsal etmək üçün lazım olan səviyyəyə yaxınlaşıb”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın gizli nüvə fəaliyyəti barədə yaydığı yeni hesabatında bildirilir.

Hesabatda həmçinin rəsmi Tehranın nüvə mərkəzlərində Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin işinə məhdudiyyətlər qoyması qınanılır, onlar qarşısında yeni-yeni maneələr yaratması pislənilir.

Hesabat Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin Tehrana səfəri ərəfəsində yayılıb.

Bildirilir ki, Rafael Qrossinin Tehrana səfəri noyabrın 22-nə planlaşdırılıb. Onun Tehranda İranın xarici işlər naziri Hüseyn ƏMİr Abdullahiyan və İran Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami ilə görüşəcəyi və məsələ ilə bağlı danışıqlar aparacağı bildirilir.

020665e2-dbcf-4d1e-bed4-6ce32ae656ff.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar