SON XƏBƏRLƏR

İranın vurduğu təyyarədə ölənlərin yaxınları Tehranda aksiya keçirib: “Cinayətkarlar mühakimə olunmalıdır” - FOTOLAR

2022.01.08, 14:34
İranın vurduğu təyyarədə ölənlərin yaxınları Tehranda aksiya keçirib: “Cinayətkarlar mühakimə olunmalıdır” - FOTOLAR

Gunaz.tv

Onlar faciəci hadisəyə səbəb olan cinayətkarların mühakimə olunmasını tələb ediblər.

Əllərində gül və itirdikləri yaxın adamlarının şəkillərini gəzdirən etira aksiyaçıları şüarlar səsləndirərək, təyyarəyə atəş açılmasına icazə verən cinayətkarların müəyyən edilərək mühakimə olunmasına qədər etiraları dayandırmaycaqlarını bildiriblər.
İki ildir kabus içində yaşadıqlarını bildirən etirazçılar “Həqiqət, ədalət” və “Ədalət mübadilə ediləsi deyil” şüarları səsləndirərək, baş vermiş hadisənin mahiyyətinin ört-basdır edilməsinə və bu işdə əlləri qana bulaşmış rəsmilərin kimliyinin gizlədilməsinə kəskin etiraz bildiriblər. 

“Biz bu cinayətin həqiqəti ictimaiyyətə aşkar edilməyənə və cinayətkarlar mühakimə olunmayana qədər möhkəm dayanmışıq və bu cinayətə göz yummayacağıq” – deyən valideynlər və hadisə qurbanlarının ailə üzvləri hökumətdən məsələnin mahiyyətini müəyyənləşdirməyi tələb ediblər.

Dinc etirazçılar daha sonra sərnişin təyyarəsinin düşdüyü Şahidşəhr məntəqəsinə gedərək, təyyarə qurbanlarının cəsədlərinin səpələndiyi yerə gül səpərək, onların xatirəsini anmaq üçün şam yandırıblar.

Hökumət qüvvələrinin dinc etirazların qarşısını almaq üçün hər hansı bir cəhd göstərib-göstərmədiyi barədə hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, sonradan beynəlxalq təzyiqlər nəticəsində təyyarənin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, hadisə qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

m8xmGYF.jpg

giQJ0I0.jpg

6ima32f.jpg

yjqjsrl.jpg

EjwNAF3.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar