SON XƏBƏRLƏR

İranın üç əyalətində eşidilən dəhşətli partlayış səsləri ilə bağlı ziddiyyətli xəbərlər yayılıb

2022.01.17, 11:11
İranın üç əyalətində eşidilən dəhşətli partlayış səsləri ilə bağlı ziddiyyətli xəbərlər yayılıb

Gunaz.tv

Sosial şəbəkələrdə yayılan məlumata görə, həmin gecə hər üç əyalətin müxtəlif şəhər və bölgələrində baş verən dəhşətli partlayışların ardınca SEPAH terror təşkilatının hava hücumundan müdafiə qüvvələri hərəkətə keçərək havaya atəş açmağa başlayıblar.

SEPAH-a yaxın saytlar əvvəlcə partlayış səslərinin həmin üç əyalətdə keçirilən hərbi təlimlərlə bağlı olduqlarını iddia etsələr də, az sonra SEPAH-ın hava hücumundan müdafiə “Xatəm ül Ənbiya” birgə qətagahı bəyanat yayaraq, bölgədə hər hansı bir hərbi təlimlərin keçirilmədini bildirərək, partlayış səslərinin bununla əlaqədar olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bəyanatda partlayış səslərinin iddia edilən hərbi təlimlərlə bağlı olmadığı bildirilsə də, dəhşətləri səslərinin mənşəyi barədə hər hansı bir açıqlama yayılmayıb.

Yayılan məlumata görə, yarım saat müddətinə davam edən və yerli əhalinin vahiməyə düşərək gecə qaranlığında küçələrə axışmasına səbəb olan partlayış səslərinin mənşəyi barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib.

Sosial şəbəkə istifadəçiləri və bir sıra yerli əhali partlayış səslərinin naməlum PUA-ların SEPAH-ın bir sıra hərbi mərkəzlərinə, silah anbarlarına və onun yeraltı tunellərinə qarşı mümkün hücumu ilə əlaqələndirsələr də, sonradan İranın Daxili İşlər Nazirliyi gülünc açıqlama yayaraq, eşdilən partlayış səslərinin “ildırım şaxması” ilə əlaqədar olduğunu iddia edib.

 İran Daxili İşlər Nazirliyinin bu gülünc açıqlaması isə sosial şəbəkələrdə məsxərə ilə qarşılanıb və Nazirliyin bu açıqlamasının insanların şüuruna qarşı təhqir kimi qiymətləndirilib.

Hökumət ölkənin üç əyalətində baş verən partlayış səslərinin konkret səbəbini açıqlamasa da, yayılan bəzi məlumatlarda parlayışların səbəbi İsrailə məxsus naməlum PUA-ların İranın bir sıra həssas hərbi mərkəzlərinə mümkün hücumu ilə əlaqələndirildiyi təxmin edilir. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar