SON XƏBƏRLƏR

İranın üç əyalətində etiraz aksiyaları başlayıb

2022.09.19, 09:06
İranın üç əyalətində etiraz aksiyaları başlayıb

Gunaz.tv

Kürdüstan, Kirmanşah əyalətlərində başlanan aksiyalara dəstək məqsədilə bir çox şəhərlərdə bazar və mağazalar bağlanıb. İş adamları etirazçılara dəstək nümayiş etdiriblər.

Məlumata görə, bununla yanaşı Qərbi Azərbaycan əyalətinin cənub bölgəsinin iki şəhərində də, mağazaların bağlanıb və aksiyaçılarla həmrəylik nümayiş etdirilib.

İranda qadın hüquqları uğrunda mübarizə aparan qurumlar Məhsa Əmininin öldürülməsi ilə bağlı yaydıqları çağırışda bu gün axşam saat 18:00-da Tehranın "Keşavərz" meydanında etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Eni halda Tehranın "Əmir Kəbir" və "Şərif" Universitetlərinin öyrənciləri də, sentyabrın 19-da ali məktəbdə etiraz aksiyası keçirəcəkləri barədə bildiriş yayıb.

Onlar öyrənciləri aksiyaya qatılmağa dəvət ediblər.

Yerli vaxtla saat 13 radələrində adı çəkilən universitetlərin həyəti və ətraf küçələrində çox sayda insanın toplaşıb və hökumət əleyhinə şüarlar səsləndirməyə başlayıblar.

Qeyd edək ki, İran rəsmilərinin Məhsa Əmininin döyülmədiyi barədə iddialarından sonra haker qruplarından biri onun tomoqrafiyasından görüntülər yayıb.

Görüntülərdə kəllə sümüyünə birbaşa zərbə nəticəsində başının sağ tərəfində kəllə sınığı görünür.

Qeyd edək ki, sentyabrın 16-ı günortadan sonra Məhsa Əmininin ölməsindən sonra başlayan etiraz aksiyalarında onlarla nəfər həbs edilib.

Sənəndəc və Saqqız şçəhərlərində çox sayda insanın xüsusi təyinatlı qüvvələrin birbaşa atəşi nəticəsində yaralandığı, onlardan bəzilərinin durumunun ağır olduğu bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar