SON XƏBƏRLƏR

Abbas Musəvi İsrailin Bakıdakı səfirini təhdid edib: "Qırmızı xətti keçməyin"

2022.07.21, 06:18
Abbas Musəvi İsrailin Bakıdakı səfirini təhdid edib: "Qırmızı xətti keçməyin"

Gunaz.tv

Abbas Musəvi Tvitter hesabında yazıb:

“Macəra axtarışında olan bu adamın nəzərinə: Əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk xəbis sionisti də Təbrizin qeyrətli əhalisi tərəfindən dəfn ediləcək. Qırmızı xəttimizi heç vaxt keçməyin, heç vaxt!”.

Qeyd edək ki, İsrail səfirinin Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.

İsrailli diplomat Tvitterdə yazıb:
"Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?"

Xatırladaq ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir. (Azad İran)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar