SON XƏBƏRLƏR

İran BMT-nin Qadınlar təşkilatından çıxarıldı

2022.12.15, 09:30
İran BMT-nin Qadınlar təşkilatından çıxarıldı

Gunaz.tv

Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı qərar verib.

“İran administrasiyası qadınlara qarşı ayrı-seçkilik və qəddarlıq etdiyinə görə məsuliyyət daşımalıdır”,-deyə qərarda bildirilib.

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın BMT-nin Qadının Statusu üzrə Komissiyasından (CSW) dərhal çıxarılmasına dair qətnaməsinə səs verib. 54 üzvdən ibarət ECOSOC-da 29 üzv ölkə qətnamənin lehinə, 8 üzv, o cümlədən Rusiya və Çin isə əleyhinə səs verib. 16 üzv dövlət bitərəf qalıb.

Qeyd edək ki, 45 üzvdən ibarət BMT-nin Qadınların Vəziyyəti Komissiyası gender bərabərliyini təşviq etmək və qadınların səlahiyyətlərini genişləndirmək üçün çalışır. (modern)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar