SON XƏBƏRLƏR

İran BMT-nin ətraf mühitlə bağlı qətnaməsinə səs verməyib

2022.08.01, 08:55
İran BMT-nin ətraf mühitlə bağlı qətnaməsinə səs verməyib

Gunaz.tv

169 ölkədən 191-nin lehinə səs verdiyi (8 tərəfsiz) qətnaməyə İran Efiyopiya, Belarusiya, Çin, Rusiya və başqa üç ölkə ilə birlikdə səs verməyib.

"Bu qətnamədə böyük müstəmləkəçi dövlətlərin, özəlliklə də ətraf mühiti məhv edən qərb hökumətlərinin vəzifə və öhdəlikləri əks olunmayıb"-deyə, Nasir Kənani məsələ ilə bağlı açıqlamasında bildirib.

O, qətnamənin mətnində İranın təklif etdiyi islahatların qəbul edilmədiyini deyib. Lakin islahat təkliflərinin nədən ibarət olduğu barədə açıqlama verməyib.

İranın Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə səs verməməsi bu ölkənin çoxsaylı ekoloji böhranlarla, o cümlədən torpaq çökməsi, havanın çirklənməsi, quraqlıq və Urmu gölünün quruması kimi ciddi ekoloji problemlərlə üzləşdiyi bir vaxta təsadüf edir.

Son illərdə İranda su idarəçiliyinin səmərəsizliyinə qarşı çoxsaylı ictimai etirazlar olub və Tehran hökuməti bu etirazları zorakı yollarla yatırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar