İranın İnsan Haqları Təşkilatı sentyabrın 25-də yaydığı hesabatda ölkədə baş tutan aksiyalarda ölən 57 nəfərin adını açıqlayıb.
Təşkilat daha əvvəl elan etmişdi ki, bir çox hallarda ölənlərin cənazələri yalnız açıq dəfn mərasiminin keçirilməməsinə razılıq verdikləri halda ailələrinə təhvil verilir.
Sosial şəbəkələrdə mərhumların ailələrinə istinadən xəbər yayılıb ki, ölüm bildirişlərində ölüm səbəbi müxtəlif xəstəliklər göstərilib.
Məlumata görə, bəzi ailələrə yaxınlarının nəşini gecə saatlarında dəfn etmək üçün təzyiqlər edilib.
Cavidan