SON XƏBƏRLƏR

İran İnsan Haqları Təşkilatı: "Etiraz aksiyalarında 141 nəfər ölüb"

2022.10.03, 04:43
İran İnsan Haqları Təşkilatı: "Etiraz aksiyalarında 141 nəfər ölüb"

Gunaz.tv

Təşkilat öz hesabatında İranda davam edən etirazlarda azı 141 nəfərin öldüyünü bildirib.

İran İnsan Haqları Təşkilatı onların 52 nəfərinin sentyabrın 30-da Zahidan şəhərində törədilən qətliamda öldüyünü yazıb.

"İranda nümayişçilərin öldürülməsi, xüsusilə də Zahedanda baş verən kütləvi qırğın insanlığa qarşı cinayətin bariz nümunəsidir"-Təşkilatının direktoru Məhmud Əmiri Muqəddəm belə deyib.

Bəluç fəalların yaydığı məlumatlarda Sistan-Bəluçistan əyalətində hökumət qüvvələrinin öldürdüyü etirazçı sayının elan olunan rəsmi rəqəmlərdən bir neçə qat çox olduğu qeyd olunub. 

Qeyd edək ki, İranda davam edən hökumət əleyhinə etirazlar sentyabrın 16-da "Əxlaq" polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə başlayıb və hələ də davam edir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar