SON XƏBƏRLƏR

İran İnsan Haqları Təşkilatı BMT-dən Evin həbsxanasında baş verənlərin araşdırılmasını tələb edib

2022.10.17, 04:06
İran İnsan Haqları Təşkilatı BMT-dən Evin həbsxanasında baş verənlərin araşdırılmasını tələb edib

Gunaz.tv

 "Daha böyük faciələrin baş verməsinin qarşısını almaq üçün BMT-nin nəzarəti altında nümayişçilərin öldürülməsi və Evin həbsxanasındakı hadisələrlə məşğul olmaq üçün müstəqil araşdırma mexanizmi yaradılmalıdır"-İran İnsan Haqları Təşkilatının oktyabrın 16-da yaydığı açıqlamada belə deyilir.

Təşkilat İslam Respublikasının faktları gizlətmək və həbsxanalardakı qətllərin tarixini və məsul orqanlar arasında yalan danışmağın yayqınlığını nəzərə alaraq Evin həbsxanasındakı yanğınla bağlı rəsmi izahatları qəbul etmədiyini açıqlayıb.

İran İnsan Haqları Təşkilatı bildirib ki, faktları tam başa düşmək və bu faciələrin səbəbkarlarını məsuliyyətə cəlb etmək üçün yeganə yol beynəlxalq ictimaiyyətin dərhal bu işə qarışması və Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında beynəlxalq mexanizmin yaradılmasıdır.

Qeyd edək ki, oktyabrın 15-i gecə saatlarında Tehranın Evin zindanında yanğın baş verib.

Rəsmi məlumatlarda yanğının zindanın tikiş sexi və parça anbarında məhbusların təxribatı nəticəsində baş verdiyi iddia edilib.

Yanğından sonra zindana xüsusi təyinatlı qüvvələr cəlb edilib və məhbuslara odlu silahlardan atəş açılıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Rəsmi məlumatlarda hadisə nəticəsində 4 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilsə də, qeyri-rəsmi məlumatlar və insan haqları təşkilatları ölü və yaralı sayının daha çox olduğunu bildirirlər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar