İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01 14:39

İran ordusunun komandanının müavini Həbibullah Səyyari "Sepah"ın iqtisadi və siyasi fəaliyyətlərini, habelə ölkənin təbliğat maşınının ordunu "gözardı" etməsini sərt tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

O, tənqidləri "İrna" xəbər agentliyi ilə müsahibəsi zamanı səsləndirib. Agentlik dünən müsahibəni yaysa da, bir neçə saat sonra onu öz xəbər lentindən silib və bu barədə heç bir açıqlama verməyib. 


Həbibullah Səyyari müsahibə zamanı "Sepah" terror təşkilatının iqtisadi və siyasi fəaliyyətlərini tənqid edərək, bunun ölkə qanunlarına əsasən, doğru olmadığını deyib. 


Komandan müavini ölkənin təbliğat maşınında, xüsusilə də Dövlət Teleradio Şirkəti və müxtəlif filmlərdə ancaq "Sepah"ın öyülməsi və orduya yer verilməməsini də tənqid edib. O, bu xüsusda lazımi orqanlara şikayət etdiklərini və  Dövlət Teleradio Şirkətinin rəhbərinə etiraz məktubu ünvanladıqlarını, lakin "pərdə arxası səbəblərdən" müsbət nəticələr almadıqlarını qeyd edib. 


O, həmçinin təbliğatlarda "Sepah"ın bəzi komandanlarının əfsanəvi qəhraman kimi təqdim edildiyini bildirib: 


Bəzən 1 seyid və ya hacının əlində olan MG3 tipli pulemyotla 24 saat ərzində bir ordunu darmadağın etdiyi barədə təbliğat aparırlar. Belə qəhramanlar var idisə, onda niyə İraqla 8 il müharibə aparırdıq?, - deyə Həbibullah Səyyari əlavə edib. 


Səyyarinin bu sözlərlə "Qüds Briqadası"nın öldürülmüş komandanı Qasım Süleymani ətrafında yaradılmış mifə işarə etdiyi düşünülür. 


Qeyd etmək lazımdır ki, "Sepah"la İran ordusu arasında uzun illərdir rəqabət və çəkişmə mövcuddur. Rejim "Sepah"ın ölkənin siyasi sistemini, ordunun isə ölkəni qorumaqla mükəlləf olduğunu bildirir. Lakin "Sepah"a ordudan daha çox maddi dəstək və fəaliyyət istiqaməti verilməsi tez-tez sonuncunun narazılığına səbəb olur. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yolux, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11