SON XƏBƏRLƏR

"Haqqını tələb edən xalqın yanında olacağıq"-İran ordusunun zabitləri müraciət yaydı

2022.10.06, 05:50
"Haqqını tələb edən xalqın yanında olacağıq"-İran ordusunun zabitləri müraciət yaydı

Gunaz.tv

Bir neçə ordu zabiti etirazçılara dəstək verdiklərini açıqlayıb və polis qüvvələri, xüsusi təyinatlılar, Bəsic və SEPAH tərəfindən xalqa qarşı repressiyaları tənqid ediblər.  
 
İran ordusunun zabiti, təyyarələrə texniki xidmət üzrə mütəxəssis olan kapitan Səccad Əskəri videomüraciət yayımlayıb.
İran İslam Respublikasının polis qüvvələrinin komandanı Hüseyn Əştəriyə müraciət edən kapitan bildirib ki, o və döyüş yoldaşları haqlarını tələb etmək üçün son nəfəsinə qədər xalqın yanında olacaqlar.

Baş leytenant Rza Köşkinejad ordunun böyük bir hissəsinin nümayəndəsi olaraq etiraz edən İran xalqlarını dəstəklədiyini bəyan edib, “xalqın ürəyi istəsə, ordunun onları ölkənin digər silahlı qüvvələrinə qarşı müdafiə edəcəyini” bildirib. 

İran ordusunun başqa bir zabiti kapitan Əmir Zamani xüsusi bölməyə, hüquq-mühafizə qüvvələrinə, Bəsic və SEPAH-a müraciət edərək “etirazların zorakılıqla yatırılmasını dayandırmağı” tələb edib.

O, daha sonra bu ölkənin silahlı qüvvələrini xalq etirazlarına qoşulmağa çağırıb.

“Təkəvar” kimi tanınan xüsusi təyinatlı bölmənin zabiti də video yayıb və repressiv qüvvələrə xəbərdarlıq edib ki, İranda nümayişçilərə qarşı zorakılığı dayandırmasalar, onlarla silahlı mübarizə aparacaqlar.

Ölkə ordusunun bir sıra digər üzvləri də ümummilli etirazları dəstəklədiklərini bəyan ediblər, lakin onların kimliyi hələlik təsdiqlənməyib.

Bu, bu yaxınlarda İran İslam Respublikası Ordusunun polis qüvvələrinə dəstək verdiyi və "düşmənlərin müxtəlif sui-qəsdləri ilə mübarizə aparmağa hazır olduğunu" vurğulaması ilə bağlı yaydığı bəyanatla eyni vaxta təsadüf edir.

İran Ordusu ilə İran İnqilab keşikçiləri Korpusu arasında fikir ayrılıqları uzun illərdir mövcuddur və bu bir neçə dəfə ordunun yüksək rütbəli komandirlərinin həbs və işdən uzaqlaşdırılması ilə nəticələnib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar