SON XƏBƏRLƏR

İran parlamentində Urmu gölü ilə bağlı təklif səsə qoyulub

2022.07.12, 06:20
İran parlamentində Urmu gölü ilə bağlı təklif səsə qoyulub

Gunaz.tv

Parlament nümayəndələri Urmu Gölünün Bərpası Qərargahının fəaliyyətini araşdırmaq üçün adıçəkilən komissiyanın tələbini açıq iclasda iştirak edən 223 nümayəndənin 182 lehinə, 52 əleyhinə və 12 bitərəf olmaqla təsdiq eiblər.

Qeyd edək ki, iyulun 11-də Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir azad media nümayəndələri ilə görüşündə bildirib ki, Qərargahın fəaliyyəti və xərcləmələri araşdırılmalı, qiymətləndirilməlidir.

Son günlər Güney Azərbaycanda davamlı olaraq hökumətin qurumaqda olan Urmu gölünə laqeyd münasibətinə etiraz aksiyaları keçirilir.

İran və yerli Ətraf Mühitin Mühafizəsi İdarəsi son həftələr Urmu gölündə su həcminin kəskin azalması, gölün sahəsinin kiçilməsi səbəbindən bu barədə statistika verməyi dayandırıblar.

Son bir neçə gündə Güney Azərbaycan və xaricdə yaşayan fəallar ekoloji problemlə bağlı bəyanatlar yayıb, aksiyalar keçirib və Güney Azərbaycan qurumları iyulun 16-a şəhərlərdə etiraz aksiyasına çağırış ediblər.

Aksiyaların davamlılığından sonra bir sıra dövlət qurumları, məsul şəxslər və azərbaycanlı millət vəkilləri gölün bərpası ilə məsələni yenidən hallandırmağa başlayıb, bütün məsuliyyəti Urmu Gölünün Bərpası Qərargahının üstünə atmaqğa çalışırlar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar