SON XƏBƏRLƏR

İran parlamentinin kürd nümayəndələri Urmu gölünün bərpasının əleyhinə səs veriblər

2022.07.15, 08:47
İran parlamentinin kürd nümayəndələri Urmu gölünün bərpasının əleyhinə səs veriblər

Gunaz.tv

Urmu gölünün bərpasının əleyhinə səs verən nümayəndələrin içində Qərbi Azərbaycan əyalətindən İran parlamentində təmsil olunan 4 millət vəkilinin adı var.

Onlar Salmas şəhərinin nümayəndəsi Yəqub Rzazadə, Bukan şəhərinin nümayəndəsi Ənvər Həbibzadə, Soyuqbulaq şəhərinin nümayəndəsi Calal Mahmudzadə və Sərdəşt-Piranşəhr şəhərlərinin nümayəndəsi Kamal Hüseynpurdur.

Qeyd edək ki, iyulun 12-də İran parlamentinin açıq iclasında məsələ ilə bağlı müzakirələrdə 223 nümayəndə iştirak edib.

Onlardan 182 nümayəndə Urmu Gölünün Bərpası Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbinin təsdiqi ilə bağlı Kənd Təsərrüfatı, Su və Təbii Sərvətlər Komissiyasının təklifi və gölün bərpasının lehinə, 
 52 əleyhinə səs verib və 12 nümayəndə tərəfsiz qalıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar