SON XƏBƏRLƏR

İran prezidenti etirazçılara qarşı repressiyalarda iştirak edən xüsusi qüvvələri təqdir edib

2022.11.27, 11:08
İran prezidenti etirazçılara qarşı repressiyalarda iştirak edən xüsusi qüvvələri təqdir edib

Gunaz.tv

Rəisi hərbi muzdlu qruplaşmanın üzvlri ilə görüşündə onların etirazçılara qarşı fəaliyyətlərini təqdir edib.

İranın dünyada islam bayrağını qaldıran və onu mühafizə edən yeganə ölkə olduğunu iddia edən Rəisi xüsusi qrupun üzvlərini bundan sonrada iğtişaşçı adlandırdığı narazı etirazçılara qarşı möhkəm dayanmağa çağırıb.

Qeyd edək ki, adı çəkilən qrup üzvləri SEPAH-a bağlıdır və rəsmi statusu olmamasına baxmayaraq repressiyalarda fəal iştirak edir.

Üzvlərinin çoxunun ağır cinayətlər törətmiş şəxslər arasından cəlb edildiyi dəstə üzvləri etirazçılara qarşı xüsusi amansızlıqları ilə ad çıxarıblar.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar