İran prezidenti Ərbədilə niyə gəlib?- "Güneydə Azərbaycanı təhdid edən Amiliyə xüsusi nifrət var"-Baş redaktor

22.10.2021, 22:04

“İran Prezidenti İbrahim Rəisi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda Güney Azərbaycanın Ərdəbil vilayətinə səfər edib.

Gunaz.tv Quote | Gunaz article

İlk baxışda adi və ya ölkədaxili məsələ kimi baxılan bu səfər əslində birmənalı səfər sayılmamalıdır”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Azərbaycanla münasibətlərinin gərginliyi və Ərdəbilin imam-cüməsi Amulinin bu gərginliyin yaranmasında xüsusi yer tutması səfərin pərdəarxası məqamlarının olduğunu göstərir:

“Rəsmi məlumatlara görə, Rəisinin səfəri vilayətlər turunun davamıdır və hansısa layihələrin açılış mərasimində iştirakdır. Təbii ki, bu, görünən tərəfdir. 

عکس| حضور رئیس جمهور در استان اردبیل

Rəsmi şəkildə nə yazmalı, necə açıqlama verməlidirlər? “Bu, Amiliyə dəstək və onunla eyni düşüncəni bölüşməkdir” deməyəcəklər ki! Azərbaycanın sərt və konkret mövqeyindən sonra açıq-aşkar Amilini dəstəkləmək və İranın rəsmi mövqeyini açıqlamaq üçün Ərdəbilə gəlmişik deyə bilməzlər. Lakin bu səfərin əsl məqsədi və niyyəti budur.

Bu eyni zamanda Ərdəbildə yaşayan soydaşlarımıza mesajdır ki, biz Amiliylə eyni düşünürük. Çünki İran tərəfi Azərbaycanla münasibətlərinin gərginləşməsində Amilinin hansı xidmətlər göstərdiyini yaxşı bilir. 

Eyni zamanda İranda onu da yaxşı bilirlər ki, Quzey Azərbaycanda da, elə onun imam-cüməlik etdiyi Ərdəbildə də Azərbaycanı təhdid edib, özünə aid olmayan və səlahiyyətindən, başından böyük danışdığına görə Amiliyə xüsusi antipatiya və nifrət var.

Çünki özünü bir əyalət mollası kimi yox, dövlət rəsmisi kimi aparıb. İran tərəfi münasibətləri yaxşılşadırmaq, yaranan gərginliyi azaltmaq istəsəydi bu səfəri ertələyə bilərdi. Lakin bunu etmədilər. İrandaxili səfər sayılan bu səfərin arxasında dərin və gizli mənaların olduğu sirr deyil”.

Baş redaktor qeyd edib ki, İran Prezidenti bu addımla rəsmi şəkildə bir daha dövlətinin və özünün Amiliylə eyni fikirdə olduğunu sərgiləmiş oldu. Bunun adı dəstək və mövqe bölüşməsidir:

“Aydındır ki, İran Azərbaycana qarşı heç zaman səmimi davranmayıb və davranmayacaq da. İran hələ də geri çəkilməyib. Bütün mənalarda Azərbaycana qarşı qərəz və kinindən, Ermənistan sevdasından çəkilmir. 

Ona görə də İranın Qarabağda məskunlaşan və Rusiya sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilərə hər hansı yük göndərməyəcəklərini bəyan etdikləri rəsmi sənəd və məktublardakı geri çəkilmələri kiminsə düşüncəsini dəyişməməlidir. 

İran fürsət düşdükcə, Azərbaycan qarşı kin və qəzəbindən əl çəkməyəcək, imkanı olduğu qədər yenə Ermənistanın yanında və onun havadarlarından biri olacaq...” (Cebhe.info)

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17