SON XƏBƏRLƏR

"Bu il də çətinliklərimiz çox olacaq"- İran prezidentinin müavini

2022.05.24, 07:36
"Bu il də çətinliklərimiz çox olacaq"- İran prezidentinin müavini

Gunaz.tv

O, bütün sahələrdə, özəlliklə iqtisadiyyatda problemlərin olacağını, dövlətin bununla bağlı vətəndaşlara məlumat verməsinin vacibliyini deyib.

“İqtisadi və mədəni sahələrdə problemlərin yığılıb qalması ölkəni ciddi təhlükə ilə üzləşdirib. Buna görə ciddi dəyişikliklərə ehtiyac var”-deyə, Rzayi bu barədə Əli Xameneyinin göstəriş verdiyini bildirib.

Möhsün Rzayinin hazırkı böhranı nəzarət altına almaq üçün hökumətin “əməliyyat” apardığını iddia etməsinə baxmayaraq mütəxəssislər ölkənin iqtisadi təməllərinin dağıldığını deyirlər.

Bir müddət öncə İran hökumətinin tanınmış siyasi və iqtisadi təhlilçilərindən olan Əhməd Zeydabadi ölkənin ağır durumda olduğunu deyib.

“Təəssüf ki, İran iqtisadiyyatının təməlləri çox zəifləyib və bəzi sajələrdə tamamilə dağılıb.

Bu məsələ ictimai mədəniyyətə də böyük təsir göstərmiş və siyasi dəstələr arasında yanlış istiqamətləndirici və qeyri-sağlam rəqabət predmetinə çevrilmişdir”-deyə, Zeydabadi qeyd edib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar