SON XƏBƏRLƏR

Son 10 ildə Şərqi Azərbaycana dövlət investisiyası qoyulmayıb-Prezidentin müavini

2022.03.18, 06:38
Son 10 ildə Şərqi Azərbaycana dövlət investisiyası qoyulmayıb-Prezidentin müavini

Gunaz.tv

Rzayi bundan öncə bir sıra əyalət məsulları və azərbaycanlı millət vəkillərinin Şərqi Azərbaycanın sərvətlərinin başqa bölgələrə daşındığı, əyalətə sərmayə qoyulmaması ilə bağlı iradlarını haqlı sayıb.

“Son 10 ilə baxsaq görərik ki, Şərqi Azərbaycan əyalətinə investisiya qoyuluşu mənfidir və bu yöndə heç bir iş görülməyib. Azərbaycan belə münasibətə layiq deyil”-deyə, Rzayi bildirib.

Qeyd edək ki, son vaxtlar Şərqi Azərbaycanın bir sıra məsulları və İran parlamentindəki nümayəndələrinin əyalət gəlirlərinin başqa əyalətlərə daşınması ilə bağlı çıxışları çoxalıb.

Azərbaycanlıların narazılığının azaldılması üçün hökumət rəsmilərinin təkrar vədlər verməsinə baxmayaraq, İranın daxili işlər naziri Əhməd Vəhidi “Azərbaycanlı məsullar Tehrana bel bağlayıb büdcə istəməkdən əl çəkməlidirlər.

Yerli imkanlar və potensialdan istifadə edərək öz məsələlərinizi həll etməyə çalışın”-deyə, investisiya qoyuluşu ilə bağlı istəklərin yersiz olduğunu bildirib.

Möhsün Rzayi və Əhməd Vəhidi hər ikisi İran İslam Keşikçiləri Korpusunun əsas qurucu və aparıcı şəxslərindən olublar.

“Sepah”və hakimiyyət içində olan ixtilaf və fikir ayrılıqları bir çox sahələrdə özünü göstərdiyi kimi iqtisadi sahə və əyalətlərə münasibətdə də üzə çıxır.

Rzayi və Vəhidinin Şərqi Azərbaycana investisiya qoyuluşu ilə bağlı fərqli yanaşmaları, Rzayinin azərbaycanlılara qarşı qayğısından daha çox, onun bu məsələdən Əhməd Vəhidiyə qarşı təbliğat vasitəsi kimi istifadə etmək və azərbaycanlıların rəğbətini qazanmaq cəhdindən xəbər verir.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar