SON XƏBƏRLƏR

İranın milli valyutası yenidən ucuzlaşdı

2023.03.30, 06:46
İranın milli valyutası yenidən ucuzlaşdı

Gunaz.tv

Avronun məzənnəsi də kəskin artaraq 56 min 850 tümənə yüksəlib.

İran pulunun xarici valyutalara nisbətdə dəyər itirməsi Tehran rəsmilərinin valyuta bazarında sabitlik vəd etmələrindən sonraya təsadüf edir.

Qeyd edək ki, bir sıra təhlilçilər bunun ölkədə iqtisadi vəziyyətin ağırlığı olması səbəbindən baş verdiyini bildirməklə yanaşı həmdə hakimiyyətin maraqlı olduğunu deyirlər.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərinin İran parlamentindəki millət vəkili Calal Mahmudzadə də, dolların bahalaşmasında rejimin maraqlı olduğunu deyib.

"Mənim təəssüratım belədir ki, hökumət məzənnə artımından o qədər də razı deyil. Aydındır ki, hökumət öz xərclərini təmin etmək, maaş və subsidiyaları ödəmək, büdcə kəsirini aradan qaldırmaq üçün bəzən dolların qiymətinin qalxmasına şərayit yaradır",- millət vəkili bildirib.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar