SON XƏBƏRLƏR

"Etirazlar İran xalqlarının yerinə yetirilməyən tələblərinin təzahürüdür"-İran ərəbləri

2022.10.04, 06:10
"Etirazlar İran xalqlarının yerinə yetirilməyən tələblərinin təzahürüdür"-İran ərəbləri

Gunaz.tv

Onlar Məhsa Əmininin öldürülməsindən sonra baş qaldıran kütləvi etiraz aksiyalarının İranda yaşayan xalqların bütün təbəqələrinin iştirakı ilə həyata keçirildiyini bəyan ediblər.

Ərəb fəallar Xuzistan və başqa əyalətlərdə yaşayan etnik ərəblərin ölkənin bütün əyalətlərini bürümüş etiraz aksiyalarında bundan sonra da davamlı iştirak edəcəklərini bildirib, başqa xalqlarla birlikdə bəlli bir hədəfə doğru irəlilədiklərini ifadə ediblər.

Ərəblər hazırda ölkədə baş verənlərin islam hakimiyyəti, xüsusilə Əli Xameneyinin 30 illik rəhbərliyi dövründə yığılıb qalan istəklərin təzahürü adlandırıblar.

"İslam hakimiyyəti və Əli Xameneyinin 30 illik rəhbərliyi zamanında etnik ərəblərin minimum hüquqları təmin edilməyib, onların durumu dahada pisləşərək inqilabdan öncəki illərlə müqayisədə dahada acınacaqlı vəziyyətə çatdırılıb",- deyə, ərəb fəalların bəyanatında qeyd olunub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar