SON XƏBƏRLƏR

İran Kərəcdəki nüvə təsisatında MAQTE-nin müşahidə kameralarının yenidən quraşdırılmasına razılıq verib

2021.12.16, 10:13
İran Kərəcdəki nüvə təsisatında MAQTE-nin müşahidə kameralarının yenidən quraşdırılmasına razılıq verib

Gunaz.tv

آBu barədə xəbəri İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan “nournews.ir” saytı dekabrın 15-də məlumat yayıb.

Saytın bununla bağlı xəbərinin yayılması, İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Tehranla MAQATE arasında “yaxşı bir razılaşmanın əldə olunması” ilə bağlı mediaya açıqlamasından bir neçə saat sonraya təsadüf edib.

“İran könüllü olaraq MAQATE-yə zədələnmiş kameraları yeniləri ilə əvəz etməyə icazə verib”, -deyə İranın “nournews.ir” saytı bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayaraq, bununla bağlı yayılan xəbəri təsdiq edib.

Agentliyin bəyanatında bildirib ki, bu ilin əvəllərində Kərəcin TESA təsisatından yığışdırdığı kameraların yerinə yaxın günlərdə yeniləri quraşdırılacaq. 

Xarırladaq ki, İranın Kərəc şəhərində sentrifuqalar istehsal edən TESA mərkəzinə ötən iyun ayının əvvəllərində hücum olub. Hücumun İsrail tərəfindən gerçəkləşdirildiyi təxmin edilir.

Hücumdan sonra rəsmi Tehran onunla MAQATE arasında razılaşma olmasına baxmayaraq, Agentlik müfəttişlərinin təsisatda zədələnmiş kameraları yeniləri ilə əvəz etməyə icazə verməmişdi. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar