SON XƏBƏRLƏR

İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı yenidən Azərbaycanı ittiham edib-VİDEO

2022.09.30, 06:21
İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı yenidən Azərbaycanı ittiham edib-VİDEO

Gunaz.tv

"Bu yaxınlarda qəhrəman sərhədçilərimiz Xudafərində ölkəmizə daxil olmağa cəhd göstərən terrorçu qrupu zərərsizləşdiriblər. 
Onlardan 7 nəfəri həbs ediliblər. Həmin şəxslərdən çoxlu sayda silah-sursat, partlayıcı maddələr, optik və elektron vasitələr götürülüb"- deyə, Qudərzi iddia etdiyi terrorçuların Azərbaycandan İrana keçdiklərinə işarə edib.

"Öz qonşularımıza, bizimlə ortaq sərhədə malik olanlara xəbərdarlıq edərək bildiririk ki, kimlərinsə onların ərazisindən bizə qarşı istifadəsinə imkan verməsinlər. Əks halda cavabımız sərt və qətiyyətli olacaq"-İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı belə deyib.

Sentyabrın 23-də isə Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Məhəmməd Əhmədi oxşar iddia ilə çıxış edərək Azərbaycan Respublikası ilə sərhəd bölgəsi Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü demişdi.

Bu iddialar Tehran rejiminin ölkədə baş verən kütləvi etiraz aksiyalarının bir tərəfini qonşu ölkələrlə əlaqələndirmək cəhdlərindən irəli gəldiyi ehtimal edilir.

Bundan öncə SEPAH-ın bülletenində Məhsa Əmininin öldürülməsi və ondan sonra başlayan etiraz aksiyalarda Azərbaycan, Türkiyə və İsrailin də əli olduğu, bunun Zəngəzuru ələ keçirmək üçün İranın başını daxili münaqişələrə qatmaq niyyəti ilə edildiyi barədə ittihamlar səsləndirilib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar