SON XƏBƏRLƏR

İran Mərkəzi Bankının internet saytı dağıdıldı: "Qana bulaşmış bu puldan istifadə edə bilməzsiniz"

2022.09.21, 11:03
İran Mərkəzi Bankının internet saytı dağıdıldı: "Qana bulaşmış bu puldan istifadə edə bilməzsiniz"

Gunaz.tv

İranın rəsmi internet saytları “Anonimus” haker qrupunun hədəfinə çevrildikdən sonra İran Mərkəzi Bankının internet saytının da həmin qrup tərəfindən sındırıldığı xəbərləri yayılıb.

Hələ də sosial şəbəkələrdə İranda baş verən etirazlarla bağlı xəbərləri izləyən “Anonimus” haker qrupu İran Mərkəzi Bankının internet səhifəsini sındıraraq saytın ana səhifəsində “Siz qana bulanmış bu puldan istifadə edə bilməzsiniz.

Yaşasın azad İran” mesajını yerləşdirib.

Bundan qısa müddət əvvəl "Anonimus" haker qrupu Məhsa Əminin polis tərəfindən döyülməsi nəticəsində ölməsindən sonra ictimai etirazlara dəstək göstərmək məqsədilə İran hökumətinin internet səhifəsini və hökumət sözçünün məlumat saytını sındırmışdı.

Bununla yanaşı İran İrşad Nazirliyinin internet saytı da bu gün sıradan çıxıb və ona giriş mümkün olmur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar