SON XƏBƏRLƏR

"İran Yaxın Şərqdə sabitliyə ən böyük təhlükədir"-Amerika rəsmisi

2022.03.19, 06:18
"İran Yaxın Şərqdə sabitliyə ən böyük təhlükədir"-Amerika rəsmisi

Gunaz.tv

Kennet Mekenzi bu ölkəni Orta Doğuda sabitlik və sülh üçün ən böyük təhlükə adlandırıb.

“İslam Respublikası bütün regionda terror fəaliyyətlərində iştirak edən özündən asılı qrupları təchiz etməklə, dəstəkləməklə və yönləndirməklə yerli hökumətləri zəiflədir və öz maraqlarını təbliğ edir”-deyə, komandir bildirib.

Bu yaxınlarda təqaüdə çıxması gözlənilən komandir vurğulayıb ki, Amerika Mərkəzi Komandanlığı Amerikanın maraqlarını qorumaq üçün İslam Respublikası və ona bağlı qüvvələrin fəaliyyətlərini izləyir.

Kennet Mekenzinin martın 18-də media nümayəndələri ilə görüşündən bir gün öncə, Bağdadın quzeynidə yerləşən amerikalı və İraq qırıcılarının yerləşdiyi  “Bələd” aviabazasına dörd raket atılıb.

Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib, ancaq bundan öncə İranın dəstəklədiyi silahlı qruplar oxşar hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyü üçün bu hücumunda onlar tərəfindən edildiyi ehtimal olunur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar