SON XƏBƏRLƏR

İran ərzaq qiymətlərinin inflyasiyasına görə dünyada altıncı yeri tutur

2022.08.20, 06:10
İran ərzaq qiymətlərinin inflyasiyasına görə dünyada altıncı yeri tutur

Gunaz.tv

Dünya Bankı Bülleteninin Ərzaq Təhlükəsizliyi Yeniləməsi, 11 avqust 2022-ci ildəki son hesabatına əsasən, İran dünyanın ən yüksək ərzaq inflyasiya səviyyəsinə malik 10 ölkəsi sırasındadır.

Bu hesabatda, ilk növbədə, taxıl və paxlalı bitkilərin dünya üzrə ixrac qiymətlərindəki inkişafın vəziyyətinin xülasəsi təqdim olunur və bu da iki həftə əvvəllə müqayisədə bir faiz artım göstərir.

Hesabat dünya ölkələrinin daxili bazarında ərzaq məhsullarının qiymətini araşdırıb.

Bu hesabat təfərrüatı ilə göstərir ki, dünyanın aşağı və orta gəlirli ölkələrində ərzaq inflyasiyası hələ də yüksəkdir və yaxın həftələrdə daha da artacaq.

Eyni zamanda, dünyanın yüksək gəlirli ölkələri ərzaq məhsullarının qiymətinin sürətlə artması ərəfəsindədir. 

İnflyasiya və ərzaq qiymətlərinin artması cəmiyyət üzvlərinin alıcılıq qabiliyyətinə və ərzaq məhsullarına çıxışına və ərzaq təhlükəsizliyinə əngəl törətdiyi üçün bu hesabatda dünya ölkələrinin daxili bazarında inflyasiya vəziyyəti araşdırılıb və müqayisə edilib.

Qeyd olunan bu hesabatda ərzaq inflyasiyasının ən yüksək olduğu dünyanın 10 ölkəsi təqdim olunub.

Bu statistikaya görə, İran ərzaq inflyasiyası baxımından dünyada altıncı ölkə kimi təqdim edilib. Livan dünyada ən yüksək ərzaq inflyasiyasına malikdir. Zimbabve, Venesuela, Türkiyə və Şri-Lanka ölkələri isə növbəti yerləri tuturlar.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar