SON XƏBƏRLƏR

İran səfirliyi zənganlı idmançını girov götürüb

2022.10.18, 06:32
İran səfirliyi zənganlı idmançını girov götürüb

Gunaz.tv

Elnaz Rekabinin idmançı dostları onun telefon nömrəsinə zəng çatmadığını və idmançıların qaldığı hoteldə olmadığını bildiriblər.

Onun İrana qayıtmamaq, sığınacaq almaq üçün hoteli tərk etdiyi ehtimal edilsə də, bir müddət sonra onun girov kimi İran səfirliyinə aparıldığı məlum olub.

Elnaz Rekabini aldadan İranın Cənubi Koreyadakı səfiri Rza Zareyi onu heç bir təhlükəsizlik problemi olmadan Tehrana aparacaqlarına söz verib.

Oradan girov kimi hava limanına göndərilmək üçün İran İslam Respublikasının Seuldakı səfirliyinə salıb.

Azərbaycanlı idmançı baş örtüyü olmadan yarışa qatılmaqla İranda hökumətin tətbiq etdiyi məcburi hicab qaydasına, molla rejimi tərəfindən qadınların öldürülməsi və həbsinə etiraz edib.

İrana qaytarıldıqdan sonra onun barəsində cinayət işi açılacağı ehtimal edilir.

İran Seuldakı səfirliyi oktyabrın 18-i səhər saatlarında məsələ ilə bağlı verdiyi açıqlamada Elnaz Rekabinin başqa idmançılarla birlikdə İrana yola düşdüyünü bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar