İran saytı Hacı İlqarın saxlanılmasına reaksiya verdi, Azərbaycan əleyhinə sərsəm yazı yaydı

20.10.2021, 20:03

İranın “Mehrnews” agentliyi azərbaycanlı Hacı İlqar İbrahimoğlunun dünən Bakıda saxlanılmasına və onun bir neçə saat dindirildikdən sonra buraxılmasına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

 Agentlik Azərbaycan hökumətini dini fəallara qarşı repressiyalarda günahlandırıb.

İran saytının “Azərbaycan Respublikasında dini fəallara qarşı tədbir görülməsinin yeni mərhələsi” başlıqlı yaydığı sərsəm yazısında deyilir ki, Bakı polisi ötən gün bir neçə din alimini və bir jurnalisti həbs edib.


“İran İslam Respublikası sionist rejimin Azərbaycanda olmasını və onun Azərbaycandakı xərçəng rüşeymi nüfuzunu tənqid etdikdən sonra, Bakı rəhbərliyi ölkədəki dini fəallara və din alimlərinə qarşı təzyiqini artırıb.


Bundan əvvəl Azərbaycan Respublikası hökumətinin sionist müstəşarı Arye Qut Azərbaycandakı möminləri İranın amilləri adlandıraraq, təhlükəsizlik qüvvələrindən onlara qarşı ciddi tədbir görülməsini tələb etmişdi.

 
Buna uyğun olaraq, Bakı polisi, birlik həftəsi qeyd edildiyi bir vaxtda dünən axşam saatlarında Azərbaycan Respublikasının tanınmış ruhanisi höccətülislam Hacı İlqar İbrahimoğlunun evində qanunsuz axtarış apardıqdan sonra onu həbs etməklə Azərbaycan əhalisinin mömin kəsiminə qarşı repressiyalara başlayıb”, -deyə sərsəm yazıda bildirilir.


Yazıda həmçinin bildirilir ki, Hacı İlqar İbrahimoğlu, həbs edilməzdən əvvəl bir yaydığı bir video-çarxda insanları, o cümlədən də Azərbaycandakı dindarları sakit olmağa, islam və Azərbaycan millətinin düşmənləri tərəfindən aparılan heç bir təxribata uymamağa və onların qurduğu fitnə tələsinə düşməməyə çağırıb.


“Hacı İlqar İbrahimoğlu yaydığı həmin mesajında deyib ki, islam və Azərbaycan millətinin düşmənləri öz məqsəd və hədəflərinə çatmayacaqlar. İbrahimoğlu saxlandıqdan bir neçə saat sonra sərbəst buraxıldı və insanlardan istədi ki, qarşıdakı bir neçə gündə sosial şəbəkələr vasitəsi ilə onunla əlaqə saxlamaqdan çəkinsinlər. 


Dünən həmçinin Hacı İlqar İbrahimoğlunun saxlanılmasından sonra Azərbaycan şiələrinin daha 3 tanınmış ruhanisi olan Şeyx Sərdar Hacı Həsənli, Şeyx Calal Şəfiyev və Şeyx Qədir Məmmədov da naməlum ittihamlarla İlham Əliyev hökuməti tərəfindən həbs edilib.


Həbs edildikdən bir neçə saat sonra sosial mediadan istifadə etməmək və hər gecə saat 22:00-da özünü təhlükəsizlik idarəsinə təqdim etmək şərti ilə sərbəst buraxılan Şeyx Cəlal Şəfiyev deyib ki, onun və saxlanılan digər şəxslərin yeganə günahı İran İslam Respublikasında dini təhsil almalarıdır.

O bildirib ki, çox ehtimala görə onun qarşıdan gələn bir neçə gündə mobil telefonundan və sosial şəbəkələrdən istifadə etmək imkanı olmayacaq"-deyə, yazıda qeyd olunur.


Azərbaycana qarşı iftira oldu yazıda daha sonra iddia olunur ki, Azərbaycanda 200-ə yaxın dini fəal həbsdədir. 

"Azərbaycan Respublikasının dini hərəkatının 200-ə yaxın fəalı və dini alimi hazırda Bakı hökumətinin həbsxanalarında saxlanılır.


Bundan başqa, Azərbaycan Respublikasındakı şiə mediası fəallarına qarşı repressiyaların gücləndirilməsinin ardınca, azərbaycanlı jurnalist, “Maide.az” saytının əməkdaşı Təmkin Cəfərov da həbs edilib”, -deyə İranın “Mehrnews” agentliyinin Hacı İlqar İbrahimoğlunun saxlanılması və buraxılması ilə bağlı yaydığı sərsəm yazısında bildirilir. 

دور جدید برخورد با فعالان دینی در جمهوری آذربایجان

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ səfiri: “Azərbaycanlılar hər zaman dağ yəhudilərinə qucaq açıb”

2022-05-23

gun az article

Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla sərhədin delimitasiyasını müzakirə edib

2022-05-23

gun az article

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb

2022-05-23

gun az article

Abadanda etiraz aksiyaları keçirilir-VİDEO

2022-05-23

gun az article

Ərdoğan Azərbaycana gəlir

2022-05-23

gun az article

Almaniya səfiri Şuşaya gedib

2022-05-23

gun az article

Abadanda çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb-VİDEO

2022-05-23

gun az article

İranda çoxmərtəbəli bina çöküb, ölən və yaralananlar var

2022-05-23

gun az article

"Rusiyanın forpostu olan Ermənistan Avropanın özü üçün də təhlükədir"-Baş redaktor

2022-05-23

gun az article

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək

2022-05-23

gun az article

“Türk yıldızları” Bakı səmasında uçuş məşqləri keçirir

2022-05-23

gun az article

SEPAH "Mossad" agentlərinin saxlanıldığını iddia edib

2022-05-23

gun az article

Tehranda qızlar yataqxanasında kütləvi zəhərlənmə olub

2022-05-23

gun az article

Mahmud Əhmədinejadın müşavirinin ölkədən çıxışına qadağa qoyulub

2022-05-23

gun az article

Şarl Mişel: “Sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlinib”

2022-05-23

gun az article

Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 29 200-ə çatıb"

2022-05-23

gun az article

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü keçirilib

2022-05-23

gun az article

Bəhai fəal Səidə Xuzui Evin zindanına köçürülüb

2022-05-23

gun az article

İranda üç məhkum edam edilib

2022-05-23

gun az article

İranda daha bir zabit öldürüldü

2022-05-23