İran saytından sərsəm iddia: “Azərbaycanın bütün ərazisi İrana məxsus olub”

09.10.2021, 16:21

İranın “İsna” agentliyi bu gün Azərbaycan Respublikasına qarşı daha bir qərəzli yazı yayıb.

Gunaz.tv Quote | Gunaz article

“İsrail, Türkiyə və Azərbaycanın İran sərhədlərində gizli və açıq hədəfləri” başlılı yazıda İranın region məsələləri üzrə Hüseyn Kənani Müqəddəm adlı üzdəniraq bir ekspertinin mövzu ilə bağlı müsahibəsinə yer verilib.


Sayt həmin şəxsin dilindən bildirib ki, İsrail, Türkiyə və Azərbaycan Respublikası bölgənin geopolitik xəritəsini dəyişməklə İranı mühasirəyə almağa çalışırlar.


“Belə görünür ki, bölgənin geosiyasi xəritəsini dəyişmək Türkiyə, Azərbaycan və sionist rejiminin gündəmindədir. Onlar İranı mühasirəyə almaqla onun Avropa ilə irtibat yollarını bağlamağa çalışırlar.


Əslində isə İranın şimal-qərb məntəqəsində geopolitik vəziyyətlə bağlı xəritəni dəyişmək illərdir Türkiyə, Aərbaycan, sionist rejimi və NATO-nun gündəmindədir. Onların məqsədi isə Xəzər dənizinə yaxınlaşmaq və İranı mühasirəyə almaqdır"-deyə, yazıda qeyd olunur.


Müsahibə iddia olunur ki, sionistlərin niyyəti isə İraq Kürdüstanı, Türkiyə və Azərbaycanın bir hissəsində, yəni İran sərhədlərində ikinci bir İsraili formalaşdırmaqdır:

"Bütün dəlil-sübutlar göstərir ki, İsrail Azərbaycanla olan səmimi diplomatik əlaqələrinə görə neftə olan ehtiyacının 60 faizini bu ölkədən təmin edir, Azərbaycan isə silahlarının 40 faizini İsraildən alır. Onların isə bölgənin geopolitik xəriəsini dəyişmək və Xəzər yolunu bağlamaqla İranın Avropa ilə irtibat yollarını bağlamaq planları çox ciddidir. 


Bundan başqa, sionistlərin bölgədə digər hədəfləri də var. Etniklər arasında ixtilaf salmaq, terrorçu və əksinqilabçı qrupları gündəmə gətirmək, pantürkistlərin və ya İraqın şimalındakı kürd qruplarının separatçılığına dəstək vermək bu qəbildəndir. 


Qarabağ savaşında isə sionistlərin rəsmən öz pilotsuz uçan aparatları ilə bölgəyə gəlməinə fürsət yarandı, Türkiyə də ona dəstək verdi. 


Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisinin bir hissəsi olduğunu nəzərə alaraq, İran o qədər də mənfi mövqe sərgiləmədi. Çünki özünə məxsus ərazilərin bir hissəsinnə yenidən sahib olmaq Azərbaycanın haqqı idi". 


Müsahibədə Azərbaycan Respublikasının bütünlüklə İranaməxsus olduğunu iddia edilib.

"Onlar (azərbaycanlılar-red) bilməlidir ki, Azərbaycanın bütünü vaxtilə İrana məxsus olub və Qacarların səriştəsizliyi, rusların isə espansionist siyasəti nəticəsində İrandan ayrılıb.  Onlar nə etsələr də, mədəniyyəti, dini və adətləri dəyişdirə bilməzlər. 


Belə görünür ki, İranın şimal-qərbi məntəqəsi Qərbin və sionistlərin avanturası üçün bir məkanına çevrilib.

Əlbəttə İranın keçirdiyi hərbi təlimlərini və onun Ermənistanın bir hərbi bazasında bu ölk ilə hərbi və təhlükəsizlik sahədə bir müqavilə imzalanması üçün apardığı danışıqlar, regionda daha mühüm hadisələrin baş verəcəyindən xəbər verir.

Lakin düşünürəm ki bütün bunları həll etmək üçün diplomatik kanallardan da istifadə etmək lazımdır”, -deyə İranın “İsna” agentliyinin region məsələləri üzrə üzdəniraq ekspert, Hüseyn Kənani Müqəddəm adlı bir şəxsin dilindən yaydığı yazısında bildirilir. 


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21