SON XƏBƏRLƏR

İran silahlı qüvvələrinin sözçüsü məcburi hicaba qarşı çıxanları hədələdi

2022.07.13, 04:59
İran silahlı qüvvələrinin sözçüsü məcburi hicaba qarşı çıxanları hədələdi

Gunaz.tv

O, xüsusilə kino xadimləri və sənətçiləri hədəf alaraq onları hökumətin hicabla bağlı elan etdiyi qaydaları riayət etməməkdə,  "qurana qarşı müharibə başlatmaq"da ittiham edib.

Şikarçı bildirib ki, hicaba riayət edilməməsi ölkədə boşanma sayının çoxalmasına, psixi problemlərin, ümidsizliyin yaranmasına, iqtisadi və istehsal sahələrində geriləməyə səbəb olur.

Qeyd edək ki, Əbülfəz Şikarçının hicaba qarşı çıxanları "müharibə"də ittiham etməsi müxaliflərə qarşı daha ağır cəza tədbirlərinin görülməsi barədə planın hazırlanmasından xəbər verilir.

İranın İslami Cəza Qanununun 282-ci maddəsinə görə, "müharibə"də ittiham olunan şəxs ən ağır cəzaya, o cümlədən edam cəzasına məhkum edilməlidir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar