SON XƏBƏRLƏR

İran İsrailin ehtimal edilən hücumuna qarşı nüvə təsisatlarında önləyci tədbirlər görməyə başlayıb

2022.06.17, 07:31
İran İsrailin ehtimal edilən hücumuna qarşı nüvə təsisatlarında önləyci tədbirlər görməyə başlayıb

Gunaz.tv

Bundan öncə hücuma məruz qalmış Nətənz nüvə təsisatında ciddi fəaliyyətlərin qeydə alındığını yazıb.

Məlumatda Nətənz nüvə təsisatının hava hücumundan müdafiəsi üçün İran hökumətinin dağlarda yeni tunellər qazmağa və nüvə obyektlərini ora köçürməyə başladığı bildirilir.

“Bu şübhəli tikililər bir ildən artıqdır ki, müşahidə altındadır, ancaq onların yaratdığı təhlükə ilə bağlı şübhələr yaranıb. Yeni qurğunun böyük miqdarda uranın zənginləşdirilməsi üçün istifadə olunacağı güman edilir”-deyə, “New York Times” qəzeti yazıb.

İsrailin baş naziri Naftali Bennet iyunun 11-də İranın nüvə silahı proqramını təhlükəli şəkildə təkmilləşdirdiyini və Qərbin buna qarşı çıxmayacağı təqdirdə Tehran hökumətinin tezliklə nüvə bombası əldə edəcəyi barədə xəbərdarlıq edib.

“İran uranı görünməmiş sürətlə zənginləşdirir və nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxındır”-deyə, bennet bildirib. 

Qeyd edək ki, Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri və BMT-dəki keçmiş səfiri Con Bolton Bayden administrasiyasının İranla nüvə razılaşmasına qayıdacağı təqdirdə İsrailin özünü təhlükədə hiss edəcəyini və İrana qarşı hərbi əməliyyatlar keçirə biləcəyini bildirib

"Bayden hökuməti danışıqlara qayıtsa, böyük səhv edəcək, çünki İsrail özünü təhlükə hiss edəcək və İranla İsrail arasında proksi-müharibənin real savaşa çevrilməsi ehtimalı artacaq.

İran təhlükəsi ilə bağlı regionda vəziyyət çox ciddi həddə çatıb, ancaq mən qısa müddətdə Yaxın Şərqdə tammiqyaslı müharibənin olacağını düşünmürəm "-deyə, Bolton xəbərdarlıq edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar