SON XƏBƏRLƏR

İran təhlükəsizlik məmurları etirazçı müəllimlərin evlərinə basqın edib

2022.04.30, 09:45
İran təhlükəsizlik məmurları etirazçı müəllimlərin evlərinə basqın edib

Gunaz.tv

Qanunsuz və məhkəmə hökmü olmadan edilən basqın zamanı İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbibi təzyiqlə üzləşib.

Evinin qapısı sındırılan Məhəmməd Həbibi saxlanılıb, şəxsi əşyaları müsadirə olunub.

Bu gün yerli vaxtla səhər saat 06:30-da həmçinin Tehranın İslamşəhr bölgəsinin Təhsil İşçiləri Dərnəyinin fəal üzvlərindən biri müəllim və ictimai fəal Rəsul Budağının şəxsi mənzilinə basqın edilib. Onun təhlükəsizlik məmurları tərəfindən apardığı qeyd olunub.

Həbslərin İran Müəllimlər Birliyinin mayın 1-də yerli vaxtla səhər saat 10-da ümumölkə mitinqinin keçirilməsinə etdiyi çağırışla bağlı olduğu deyilir.

Qeyd edək ki, İran Müəllimlər Birliyi mayın 1-də müəllimlərin ümumölkə mitinqinin keçirilməsi ilə bağlı bəyanat yayıb və bütün təhsil işçilərini etiraz aksiyalarına qoşulmağa çağırıb.

Təşkilatçılar mitinqlərin mayın 1-də yerli vaxtla saat 10:00-da bütün şəhərlərdə yerli Təhsil İdarələrinin qarşısında, Tehranda isə parlament binası və Təhsil Nazirliyinin qarşısında keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təhlükəsizlik qurumları etirazların qarşısını almaq, müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittiham irəli sürərək onları basqı altında saxlamağa çalışır.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar