SON XƏBƏRLƏR

MAQATE: “İran Nətənz təsisatında uranı zənginləşdirməyə yüksək səviyyəyə çatdırıb”

2021.10.26, 09:26
MAQATE: “İran Nətənz təsisatında uranı zənginləşdirməyə yüksək səviyyəyə çatdırıb”

Gunaz.tv

“Röyters” gentliyinin yaydığı məlumata əsasən, İranın nüvə mərkəzlərində, o cümlədən də Nətənz təsisatındakı son hərəkətləri MAQATe-nin və beynəlxalq birliyin nigaanlığına səbəb olub.

“İran İslam Respublikası Nətənz təsisatənda uranın zənginləşdirilməsi səviyyəsini 60 faizə çatdırıb. Halbuki atom bombası istehsal etmək üçün uranın 90 faizə qədər zənginləşdirməsinin zəruri olduğunu nəzərə alaraq,  demək olar ki, İranın nüvə silahı istehsal etmək mərhələsinə çatması üçün mövcud məsafə daha da qısaldılıb”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı bəyanatında bildirilir.

Qeyd edək ki, dünya gücləri 2015-ci ildə İranla imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada İranla 6 mərhələdə danışıqlar aparıblar.

Lakin İbrahim Rəisinin prezidentliyə seçilməsindən sonra danışıqlar ötən iyun ayında dayandırılıb.

 Qərb tərəfi, o cümlədən də Amerika dəfələrlə müzakirələrə yenidən qatılmaq olduqlarını bildirsələr də, İbrahim Rəisi hökuməti müxtəlif bəhanələrlə Vyana danışıqlarına qatılmaqdan boyun qaçırır, vaxtı tez-tez uzadır.

İranın isə danışıqlardan boyun qaçırmaqla nüvə silahı istehsal etmək üçün fürsət qazanmağa çalışdığı təxmin edilir.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar